Çeçenistan rəhbəri Ramzan Kadırov məzuniyyətə çıxıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, bu müddət ərzində onun səlahiyyətlərini region hökumətinin sədri Müslüm Xuçiyev icra edəcək. Müvafiq sərəncam Rusiya vilayətinin rəhbərinin rəsmi saytında dərc olunub.
Sənəddə deyilir: “Mən 2023-cü il iyulun 3-dən illik ödənişli məzuniyyətə gedirəm”.