Bir müddət əvvəl Quranı yandıraraq aksiya keçirən İsveçin Helsinqborq şəhər sakini 29 yaşlı sakini Lukas indi NATO-nun nizamnaməsini yandırmaq niyyətindədir.
Lent.az xəbər verir ki, bu barədə Aftonbladet qəzeti məlumat verib.
Lukas bildirib ki, Türkiyənin Şimali Atlantika Alyansına qoşulmaq üçün İsveçin müraciətini ratifikasiya etməyə razılıq verməsi xəbərindən sonra bu qərara gəlib.
Aksiya iyulun 12-nə təyin edilib.