Bu yay İspaniyada 4600-dən çox insan isti hava səbəbindən dünyasını dəyişib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Europa Press III Karlos Sağlamlıq İnstitutu məlumat yayıb.
Alimlər bu qənaətə gəliblər ki, yay aylarında, xüsusilə, iyul ayında İspaniyanı bürüyən isti dalğaları ölüm hallarının əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
İyun, iyul və avqust aylarında baş verən 20,291 ölümdən 4,655-i məhz istilərlə bağlı olub.
Bu, 2017-ci ildən bəri ən yüksək göstəricidir. 2017-ci ildə 2800-dən çox ispaniyalı istidən dünyasını dəyişib.
Yayda anomal yüksək temperatur nəticəsində ölənlərin çoxu Madrid muxtar icmasında (1292), Kastiliya və Leonda (576), habelə Kataloniyada (575) olub.