İrəvandakı mənzillərin birində Rusiya vətəndaşının meyiti tapılıb.
Lent.az Ermənistan mediasına istinadla bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinə və Polis İdarəsinə Aqatanqeqos küçəsindəki mənzillərdən birinin sakininin zənglərə və qapının döyülməsinə cavab verilməməsi barədə siqnal daxil olub.
Həmin ünvana xilasetmə işlərinin həyata keçirilməsi üçün xüsusi təyinatlıların və Yerevan Mərkəzi Polis İdarəsinin növbətçi qrupu gəlib.
Xilasedicilər ev sahibləri və polis əməkdaşları ilə birlikdə qapını açıb və mənzilin qonaq otağında şkafın yanında qarmaqda asılı vəziyyətdə meyit aşkar ediblər.
Məlumata görə, intihar edən 45 yaşlı şəxs Rusiya vətəndaşı olub.