Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayəndələri İrəvanın mərkəzi nəqliyyat qovşaqlarından biri - Fransa meydanını bağlayıb.
Lent.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Meydana bitişik küçələrdə nəqliyyatın hərəkəti iflic olub.
Aksiya yerinə çoxlu sayda polis qüvvələri, o cümlədən xüsusi təyinatlılar cəlb olunub.