İrandan "maraqlı və qeyri-adi hadisələr"  ANONSU
03 avqust 2024 16:08 (UTC +04:00)

İrandan "maraqlı və qeyri-adi hadisələr" ANONSU

İran HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsraildən qisas alacağı ilə hədələyir.

Yaxın saatlarda dünya “əhəmiyyətli və qeyri-adi hadisələrin” şahidi olacaq. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunu İran dövlət televiziyasının aparıcısı deyib. Videonu İsrailə hücumun “anonsu” kimi qəbul edən bir sıra dünya mediası sitat gətirib. Video İranın “Iran's Today” nəşrinin sosial şəbəkələrində də yayılıb.

İran telekanallarından birinin aparıcısı deyib: “Bir neçə saatdan sonra bütün dünya maraqlı və qeyri-adi hadisələr görəcək”.

Bu mesajlar fonunda İsrailin səması boşalıb. KLM mətbut xidmətinin sözçüsü CNN-ə açıqlamasında "regiondakı təhlükəsizlik vəziyyətinə" cavab olaraq ən azı oktyabr ayına qədər Təl-Əvivə uçuşları ləğv etiklərini açıqlayıb.

 KLM Yaxın Şərqə uçuşları dayandıran beynəlxalq aviaşirkətlər siyahısına qoşulub. United, Delta, Lufthansa və ITA Airways təhlükəsizlik problemlərini əsas gətirərək uçuşları müvəqqəti olaraq ləğv etdiklərini açıqlayıb.

Bir çox aviaşirkətlər, o cümlədən Amerika və Avropa şirkətləri artıq İran üzərindən uçuşlardan yayınır.

Bundan əvvəl Amerika Birləşmiş Ştatlarının və İsrailin kəşfiyyat agentlikləri İranın İsrailə hücumunun avqustun 2 və ya 3-də başlaya biləcəyi barədə xəbərdarlıq edilbər.

Xatırladaq ki, İran həmin an Tehranda olan HƏMAS lideri İsmayıl Haniyənin məhv edilməsinə cavab olaraq qisas qırmızı bayrağını qaldırıb və İsrailə cavab zərbələri endiriləcəyini bəyan edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558
avatar

Oxşar yazılar