İranda hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 22 yaşlı Məhsi Əmininin müəmmalı ölümü ilə bağlı keçirilən etiraz aksiyaları zamanı 5 nəfər həlak olub.
Lent.az xarici KİV-ə istinadən xəbət verir ki, qadının ölümü ilə bağlı keçirilən aksiyalar hüquq-mühafizə orqanları əməkdaşları ilə toqquşmalarla müşayiət olunub.
Etiraz aksiyaları sentyabrın 16-da dəfn olunan gün başlayıb və paytaxt Tehran da daxil olmaqla bir neçə şəhəri əhatə edib. Hazırda bu səbəbdən ölkənin bir neçə şəhərində etirazlar davam edir.