İranda xalqı müdafiə edən SEPAH generalı   həbs edildi
02 dekabr 2022 11:30 (UTC +04:00)

İranda xalqı müdafiə edən SEPAH generalı həbs edildi

İran İnqilabının Keşikçiləri Korpusunun keçmiş komandirlərindən olan general Məhəmməd Bağır Bəxtiyar İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, generalın şəxsi əşyaları da müsadirə olunub.

Qeyd edək ki, tutulan general daha əvvəl bir İslam Respublikası hökumətini Məhsa Əmininin ölümünün əsl səbəblərini gizlətməkdə günahlandırmışdı.

O bildirib ki, məhkəmə-tibb ekspertizasının etibarlı mənbələri 22 yaşlı gənc qızın ölümünə “kəllə sümüyünün zədələnməsi diaqnozu qoyublar".

İran rəsmilərini “ambisiyalı və şəxsiyyətsiz” adlandıran keçmiş SEPAH komandiri demişdi ki, əgər “sağlam düşüncə” bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb üzr istəsəydi, hökumət daha az acınacaqlı nəticələrlə qarşılaşa bilərdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Sevinc Fərid

Oxşar yazılar