İranda spirtli içkidən 95 nəfər zəhərləndi,  14-ü öldü
16 iyun 2023 22:32 (UTC +04:00)

İranda spirtli içkidən 95 nəfər zəhərləndi, 14-ü öldü

İranın Əlburz vilayətinin Kərəc şəhərində saxta spirtli içkidən 95 nəfər zəhərlənib.

Lent.az xəbər verir ki, saxta spirtli içkilərin 4 əsas satıcısı müəyyən edilib və onların tutulması istiqamətində tədbirlər həyata keçirilir.

Xəstəxanaya yerləşdirilənlərdən 14-ü ölüb.

Qeyd edək ki, İranda spirtli içki saxlamaq və ya içmək qanunsuzdur.

Bu qanunu pozanlar həbs oluna, hətta edam cəzasına məhkum edilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1870

Oxşar yazılar