İranın Xaş şəhərinin Qala Heydərabad bölgəsində atışma baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, atışma iki avtomobilin sərnişinləri arasında baş verib.
Polis hadisə yerinə gəldikdə avtomobilldəkilər onlara da atəş açıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə avtomobildəki 2 silahlı şəxs öldürülüb.
Digər sərnişinlər hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb.