İranda Mossad casusu edam olunub.
Lent.az xəbər verir ki, Məhəmməd Şayesteh bütün araşdırmalardan və Ali Məhkəmədə hökmü təsdiq edib yekunlaşdırdıqdan sonra bu səhər asılıb. O, İsrailin xeyrinə kəşfiyyat əməkdaşlığında təqsirli bilinib.
İşin sənədlərinə əsasən, sözügedən şəxs İsrailin kəşfiyyat xidməti ilə bilərəkdən əməkdaşlıq edən Mossad-a bağlı kiber komandanın rəhbəri olub.
Qeyd olunub ki, Mossada bağlı bu anti-İran şəbəkə kiberməkanda, sosial şəbəkələrdə və xarici mesajlaşma platformalarında İsrail xidmət zabitlərinin nəzarəti altında fəaliyyət göstərib.