İranda havaların kəskin soyuması səbəbindən minlərlə abonent qazsız qalıb.
Lent.az-ın xəbərinə görə, bu barədə Bloomberg agentliyi ölkənin şimal-şərqindəki Rəzəvi Xorasan vilayətinin qubernatoru Yaqub-Əli Nəzəriyə istinadən məlumat yayıb.
“Rəzəvi Xorasanda ən azı 90 min istehlakçının qaz təchizatı dayandırılıb” deyə qubernator bildirib.
Rəsmilər bildiriblər ki, İranda son on ilin ən soyuq havası müşahidə olunur və bu da qaza rekord yüksək tələbat yaradıb.
İstilik təchizatına görə bu gün əksər vilayətlərdə dövlət və özəl müəssisələr tətilə buraxılıb.