İranda minədək qadın həbsdən buraxıldı
16 yanvar 2023 21:23 (UTC +04:00)

İranda minədək qadın həbsdən buraxıldı

İran Ali Məhkəməsinin sədri Qulam Hüseyn Mohseni-Ejei etirazlar zamanı saxlanılamlar da daxil olmaqla 975 qadının həbsdən vaxtından əvvəl azad edildiyini açıqlayıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qərar yanvarın 13-də cümə günü qeyd olunan Məhəmməd peyğəmbərin qızı Fatimənin doğum günü ilə əlaqədar qəbul edilib. İranda bu tarix həm də Analar Günü kimi qeyd olunur.

Qeyd edək ki, İranda indiyədək aksiyalarda həbs olunan qadınlar barədə rəsmi məlumat verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Oxşar yazılar