İranda məşhur aparıcıya  ölüm hökmü   verildi -  Azərbaycana gəldi...
28 iyul 2023 18:47 (UTC +04:00)

İranda məşhur aparıcıya ölüm hökmü verildi - Azərbaycana gəldi...

Ukraynalı məşhur aparıcı, “Böyük dairə” proqramının müəllifi Artemi Surinə İranda ölüm hökmü çıxarılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə o özü danışıb və bildirib ki, İran onu casusluqda ittiham edib.

Bütün qitələri gəzib proqramlar hazırlayan Surin həyatının ən ekstremal səfərinin İrana olduğunu bildirib. O, dronlar vasitəsilə qədim xarabalıqları çəkərkən saxlanılıb və məhkəməyə verilib. Surinin çəkilişləri qanunsuz apardığı üzə çıxıb. Məhkəmə prosesi dərhal başladılıb.

Tərcüməçisiz və vəkilsiz keçən prosesdə jurnalist casusluqda ittiham olunub və barəsində edam hökmü verilib. Həmin gün həbsxanada möcüzəvi şəkildə bir zabit Surinin həyatını xilas edib.

“10 saniyə taleyimi həll etdi. Onunla 10 saniyə gec görüşsəydim, ölmüş olacaqdım. Həmin zabit günahsız olduğumu anladı və diplomatları işə cəlb etdi”, - deyən Surin qeyd edib ki, diplomatların səyi ilə onu Azərbaycana təxliyə ediblər.

“Diplomatlar belə xilasımı möcüzə adlandırırdı”, - o əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2100
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar