İran məhkəməsi qadını zina etdiyinə görə daşqalaq etməklə ölüm cəzasına məhkum edib.
Lent.az İran mediasına istinadən xəbər verir ki, qadın qadın idman zalında məşqçi kimi çalışıb və əri müşahidə kameralarından onun başqa kişilərlə münasibətdə olduğunu öyrəndikdən sonra polisə müraciət edib.
Qadın xəyanətə görə daşqalaq edilməklə edam cəzasına məhkum edilib.
Eyni zamanda qeyd edilir ki, İran qanunlarına görə, o, ölüm hökmündən apellyasiya şikayəti verə bilər. Çünki İran məhkəmələri bəzən xəyanətə görə insanları ölümə məhkum etsə də, apellyasiya şikayətindən sonra cəza daha yüngülü ilə əvəz oluna bilər.