İranda daha bir SEPAH polkovniki  öldürüldü
21 noyabr 2022 19:00 (UTC +04:00)

İranda daha bir SEPAH polkovniki öldürüldü

İranda daha bir SEPAH polkovniki öldürülüb.

Lent.az-ın “Mouze” teleqram kanalına istinadən məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Qasım Nəsiri noyabrın 20-də Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində qətlə yetirilib.

Onun iğtişaşçı adlandırılan etirazçıların öldürdüyü bildirilib.

İran hökumətinə müxalif təşkilatlardan bəziləri, o cümlədən İran Xalq Mücahidləri Təşkilatı da, polkovnikin etirazçılar tərəfindən öldürüldüyünü təsdiq edib.

Bildirilir ki, Sərdəşt şəhərində etiraz nümayişlərinə qoşulanlara qarşı amansız davranılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Oxşar yazılar