İranda azərbaycanlı müəllim başından GÜLLƏLƏNDİ   - FOTO
02 noyabr 2022 14:26 (UTC +04:00)

İranda azərbaycanlı müəllim başından GÜLLƏLƏNDİ - FOTO

Zəncanda hökumət qüvvələri tərəfindən güllələnən azərbaycanlı müəllim həyatını itirib.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, oktyabrın 26-da Güney Azərbaycanın Zəncan şəhərində etiraz aksiyası zamanı hökumət qüvvələri tərəfindən güllələnən azərbaycanlı müəllim Rəsul Həddadi Musəvi xəstəxanasında həyatını itirib.

O, aksiya zamanı boyun nahiyəsindən aldığı güllə yarası nəticəsində komaya düşmüşdü. 

Zəncanlı fəallar təhlükəsizlik qüvvələrinin 66 yaşlı müəllimin ailəsini hədələdiklərini, onlara məsələni ictimailəşdirməsi üçün təzyiq edildiyini bildirirlər.

Qeyd edək ki, mərkəzi ofisi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı oktyabrın 31-ə olan məlumatına görə, son 43 gün ərzində İranda hökumət qüvvələri tərəfindən 283 nəfərin öldürüldüyü qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2316
avatar

Fidan İlqar

Oxşar yazılar