İranda 9 mindən çox bank hesabı BLOKLANDI - SƏBƏB
14 may 2022 18:58 (UTC +04:00)

İranda 9 mindən çox bank hesabı BLOKLANDI - SƏBƏB

İranda 9 min 219 bank hesabı bloklanıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı İran Kəşfiyyat Nazirliyin məlumat yayıb.

Bildirilib ki, 545 nəfərə məxsus olan bank hesabları qanunsuz və şübhəli valyuta və kripto pul əməliyyatları səbəbindən 9219 bank hesabı qapadılıb.

Bu qərar İran Mərkəzi Bankı ilə razılaşdırılıb.

Hesabların əməliyyat həcminin 60 trilyon tümən (təxminən 1 milyard 985 milyon dollar) olduğu bildirilib.

# 1368
avatar

Aytəkin Cəlali

Oxşar yazılar