İran rejiminin öldürdüyü etirazçıların sayı:  71-i uşaqdır - STATİSTİKA
25 yanvar 2023 16:44 (UTC +04:00)

İran rejiminin öldürdüyü etirazçıların sayı: 71-i uşaqdır - STATİSTİKA

İran İnsan Haqları Təşkilatı 4 aydan çoxdur davam edən etiraz aksiyalarında hökumət qüvvələrinin öldürdüyü və kimliyi təsdiq olunan ölü sayının 525 nəfər olduğunu açıqlayıb.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, ölənlərdən 71-i uşaqdır.

Ümumilikdə, repressiv qüvvələr tərəfindən öldürülənlərin, edama məhkum olunan və həbs edilənlərin son statistikasını təqdim edirik:

İranda davam edən nümayişlərdə 71-i uşaq olmaqla 525 nəfər röldürülüb;

68 nəfər hökumət qüvvələrinin təmsilçisi öldürülüb;

18 yaşdan aşağı həbs olunanların sayı 168-dir;

19.571 nəfərin tutulub, onlardan 714 nəfəri tələbədir; 

Şəxsiyyəti təyin olunanlar 5029 nəfərdir;

Etirazlara görə 736 nəfər məhkum edilib;

Ümumilikdə, həbs cəzalarının sayı 12318-dir;

Ölüm hökmü verilənlər 110 nəfərdir.

Habelə, bu müddət ərzində 164 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı 1260 nümayişlər keçirib və 144 universitetin tələbəsi bu etirazları dəstəkləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2769
avatar

Sevinc Fərid

Oxşar yazılar