Pentaqon İran donanmasını Oman sahillərində beynəlxalq sularda iki neft tankerini ələ keçirməyə cəhddə təqsirləndirib.
Lent.az-ın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"İyulun 5-də ABŞ hərbçiləri 2 dəfə İran Hərbi Dəniz Qüvvələrinin Oman sahillərində neft tankerlərini ələ keçirmək qarşısını alıb", - mətbuat xidməti bildirib.
Pentaqon bildirir ki, hər iki insident Fars körfəzindəki beynəlxalq sularda baş verib.