Supermodel Gigi Hadid "Twitter"dən ayrılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı amerikalı model instaqram hesabında “Bu hal uzun müddətdir. Lakin xüsusilə yeni rəhbərliyi ilə Twitter getdikcə daha çox nifrət və fanatizm zibilliyinə çevrilir. Bura mənim olmaq istədiyim yer deyil" deyə paylaşım edib.
Qedy edək ki, İlon Maskın "Twitter"i satın almasından sonra insan haqları bölməsinin bütün üzvləri işdən çıxarılıb. İşdən çıxarılanların sayının 3 min 800 nəfər olduğu öyrənilib.