İki jurnalistə hökm oxundu
22 oktyabr 2023 14:04 (UTC +04:00)

İki jurnalistə hökm oxundu

ABŞ-la əməkdaşlıqda ittiham olunan iki iranlı jurnalistə hökm oxunub.

Lent.az-ın "Tasnim"ə istinadən verdiyi xəbərə görə, İranda hicaba görə Əxlaq polisi tərəfindən saxlanılan və daha sonra öldüyü açıqlanan Məhsa Əmini ilə bağlı reportaj hazırladıqdan sonra həbs edilən iki iranlı jurnalistə bu gün hökm oxunub.

Tehran İnqilab Məhkəməsinin hökmünə görə, “ABŞ-a casusluq” ittihamı ilə “Şərq” qəzetinin müxbiri Nilufər Həmidi 7 il, "Həmmihən” qəzetinin müxbiri İlahə Məhəmmədi isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4176
avatar

Oxşar yazılar