Kral III Karl qardaşı şahzadə Endryuya Bukinqem sarayında ofis saxlamağı qadağan edib.
Lent.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 62 yaşlı şahzadə Endryuya Londonda kral sarayı ərazisində iş otağı tutmaq qadağan olunub. Həmçinin bildirilib ki, monarxın qardaşına xidmət edən personal işdən azad olunacaq.
Sarayda gəzən şaiyələrə görə, şahzadə daha kral ailəsinin üzvü hesab olunmur. Ölkənin Daxili İşlər Nazirliyi şahzadə üçün ayrılmış mühafizə xidmətinin də işinə xitam verib.
Səbəblər dəqiq açıqlanmasa da, şahzadənin qovulmasına səbəb onun adının dəfələrlə sevgi qalmaqallarında hallanması ola bilər. Onun adı hətta bir dəfə amerikalı xanıma təcavüz iddialarında hallanıb.