Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün Sakarya şəhərinin Serdivan qəsəbəsində baş verib. İftar saatı yaranan mübahisədən sonra 54 yaşlı Çetin Güler qardaşı 65 yaşlı Bedri Güler, qardaşı arvadı 62 yaşlı Duriye Güler və qardaşı oğlu 24 yaşlı Tuncay Gülerə ov tüfəngindən atəş açıb. Nəticədə hər üçü ölüb. Ailənin kiçik övladı isə balkona qaçmaqla canını qurtara bilib.
Dərhal hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Meyitlər müayinə üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.
Qətli törədən Çetin Güler isə hadisə yerindən qaçıb. Hazırda polis əməkdaşları onun saxlanılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Hadisə olan ərazi