Yəmənin husilər hərəkatı Ərəb dənizində ABŞ-nin esminesinə və üç təchizat gəmisinə ən azı 16 raket və pilotsuz təyyarə ilə hücum edib.
Lent.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalına məlumat verib.
Sariyanın sözlərinə görə, “Stena Impeccable” tankeri, “Maersk Saratoga” konteyner gəmisi və “Liberty Grace” yük gəmisi hücuma məruz qalıb.
O əlavə edib ki, husilər Qəzza zolağına qarşı hərəkətlər dayandırılana qədər ABŞ və İsraillə əlaqəli gəmilərə hücumlarını davam etdirəcəklər.