2022-ci ilin yekunlarına görə Hindistan dünyada əhali sayına görə birinci yerə çıxıb.
Ötən il Hindistanda əhali sayı 1,417 milyard nəfər olub ki, bu da Çin əhalisinin sayından 5 milyon nəfər çoxdur.
Lent.az "Bloomberg"ə istinadən xəbər verir ki, BMT Hindistanın əhali sayına görə Çini üstələcəyini proqnozlaşdırsa da, bunun belə tezliklə baş verəcəyini gözləmirdi.
Hindistan əhalisinin sayının 2050-ci ilə qədər sürətlə artımı gözlənilir.
Aparılan statistik tədqiqatlara görə, 2050-ci ilə qədər Çin əhalisinin sayında artım müşahidə olunmayacaq.
Hazırda Yer kürəsində 8, 011 milyard nəfərdən çox insan yaşayır.
Dünyada hər on beş saniyədən bir uşaq doğulur, hər on səkkiz saniyədən bir bir nəfər ölür.