Aprelin 20-də, Cənub yarımkürəsində Ay təxminən 76 saniyə ərzində tamamilə Günəşin qarşısını kəsib, tam bir Günəş tutulması baş verib.
Hibrid Günəş tutulmasını bu tarixdə Cənub yarımkürəsində müşahidə etmək mümkün olub. Astrofotoqraflar hibrid günəş tutulmasının şəklini yayıblar.
Lent.az həmin şəkli təqdim edir.
Qeyd edək ki, Hibrid Günəş tutulması iki növ tutulmanı birləşdirir - tam və həlqəvi. Aydan gələn kölgə Yerin səthi boyunca hərəkət etdikcə onlar bir-birini əvəz edir. Çox vaxt hibrid tutulma əvvəlcə həlqəvi, sonra tam, daha sonra yenidən həlqəvi olur.