İsrail Müdafiə Qüvvələri oktyabrın 30-da Qəzza zolağında HƏMAS-ın dəniz qüvvələri komandirini, tank əleyhinə raket bölməsinin komandirini və hərəkatın bir sıra yüksək vəzifəli üzvlərini öldürdüyünü bildirib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə idarənin İsrail Müdafiə Qüvvələrinin Telegram kanalında məlumat verilib.
İsrail ordusu son bir neçə saat ərzində İsrail hərbçilərinin HƏMAS-ın dörd mühüm üzvünü öldürdüyünü vurğulayıb. Onların arasında: Hərbi Dəniz Qüvvələri komandiri Cəmil Baba və “Tuffah” batalyonunun tank əleyhinə raket bölməsinin komandiri Məhəmməd Safadi də var.
Bundan əvvəl məlum olub ki, Qəzza zolağında irəliləyiş başlayandan bəri İsrail quru qüvvələri Fələstinin HƏMAS hərəkatı ilə birbaşa toqquşmaları davam etdirir.