Arıstanbek Məhəmmədiulı, Qazaxıstanın sabiq mədəniyyət və idman naziri
29 may 2022 12:16 (UTC +04:00)

Arıstanbek Məhəmmədiulı, Qazaxıstanın sabiq mədəniyyət və idman naziri

Həbs edildi-Damarını da kəsmək istəmişdi

Məhkəmə dünən saxlanılan Qazaxıstanın sabiq mədəniyyət və idman naziri, hazırda Qazaxıstan Milli Muzeyinin direktoru olan Arıstanbek Məhəmmədiulı barəsində bu gün həbs-qətimkan tədbiri seçib.

Lent.az-ı-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Antikorrupsiya Xidməti məlumat yayıb.

Sabiq nazir büdcə vəsaitlərini (336 min dollar) mənimsəməkdə təqsirli sayılır.

Xatırladaq ki, Arıstanbek Məhəmmədiulı mayın 16-da evində axtarış aparılan zaman intihara cəhd etmiş, damarlarını kəsmək istəmişdi.

Qeyd edək ki, 2014-2019-cu illərdə mədəniyyət və idman naziri olmuş Arıstanbek Məhəmmədiulı 2019-cu ilin iyununda Milli Muzeyin direktoru təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2799
avatar

Oxşar yazılar