Hasarı aşaraq  lüt   hava limanına daxil oldu - VİDEO
06 aprel 2022 08:00 (UTC +04:00)

Hasarı aşaraq lüt hava limanına daxil oldu - VİDEO

Spirtli içkinin təsiri altında bir nəfər çılpaq halda hasarı aşaraq Almatı hava limanının perron ərazisinə daxil olub.

Lent.az “RİA Novosti”yə istindadən xəbər verir ki, bu barədə polis idarəsi məlumat yayıb.

“Almatı hava limanının nəqliyyat polisi əməkdaşları 1997-ci il təvəllüdlü kişini inzibati xəta törətdiyinə görə saxlayıblar. Yoxlama zamanı məlum olub ki, bu vətəndaş aprelin 6-da saat 00:10-da (5 aprel Bakı vaxtı ilə 22:10-da) lüt soyunaraq, Almatı hava limanının çıxış terminalının yaxınlığındakı hasarı aşıb. Bundan sonra həmin şəxs çılpaq vəziyyətdə uçuş-enmə zolağına tərəf qaçıb və orada aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən saxlanılıb”,-deyə məlumatda bildirilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2934
avatar

Oxşar yazılar