Haniyənin qətlinə görə İranda onlarla təhlükəsizlik işçisi saxlanıldı
03 avqust 2024 10:00 (UTC +04:00)

Haniyənin qətlinə görə İranda onlarla təhlükəsizlik işçisi saxlanıldı

İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı aparılan istintaq çərçivəsində iyirmidən çox adam saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılanlar arasında yüksək rütbəli kəşfiyyatçılar və hərbçilər də var. Qəzet qeyd edir ki, istintaqın miqyası təhlükəsizlik sisteminin şok edici uğursuzluğunu göstərir.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə iyulun 31-nə keçən gecə Tehranda raket hücumu nəticəsində öldürülüb. Fələstin hərəkatı bu hücumu xainlik adlandırıb və günahı “sionistlərin” üzərinə atıb. Lakin İsrail ordusunun nümayəndələri bu hadisəyə görə məsuliyyəti öz üzərinə götürməkdən imtina ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar