Fələstinin HAMAS hərəkatı Qəzza zolağının şimalına nəzarəti itirib.
Lent.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi Daniel Haqari bildirib.
"Bu gün biz Qəzza şəhərinin 50 min sakininin ərazinin şimalından cənubuna köçdüyünün şahidi olduq. Onlar başa düşürlər ki, HAMAS şimala nəzarəti itirib, cənubda isə daha təhlükəsiz zona var", - deyə o bildirib.