Türkiyə Fələstinin HAMAS hərəkatının Siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni öz ərazisindən qovub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bundan sonra HAMAS Türkiyənin mövqeyindən məyus olduğunu bildirib.
Təşkilat Ankaranın Təl-Əvivə təzyiq göstərə biləcəyinə ümid edirdi.
Bundan əvvəl Fələstin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Qəzza zolağına hücumların davam etməsi fonunda İsrailə real təzyiq göstərməyə çağırıb.