Hamamda qətl, Səbinənin qaçışı və ya "Kral"ı kim sifariş verib?
14 sentyabr 2021 14:01 (UTC +04:00)

Hamamda qətl, Səbinənin qaçışı və ya "Kral"ı kim sifariş verib?

2 noyabr, 2020-ci il.
Moskva vilayəti, Anosino kəndi.

Maskalı şəxslər Rusiyada “Kolbasa kralı” kimi tanınan Vladimir Maruqovun bağ evinə soxulur. Həmin vaxt Maruqov arvadı Səbinə Qazıyeva ilə birgə hamamda olurlar. Hər iksinin əl-qolunu bağlayan quldurlar Vladimiri güllələyirlər. Quldurların diqqətindən yayınan Səbinə isə qaçaraq qonşulara sığınır. 

Lent.az-ın məlumatına görə, hadisə yerinə dərhal polis gəlir. Polis qısa müddətdə şübhəlilərin avtomobilini tapır. Az sonra qatillərin də izinə düşür. İsti izlərlə qətlin təşkilatçısı və icraçılarından olan Aleksandr Mavridi saxlanılır... 

Vladimir Maruqov “Stroy-proyekt”, “Ozeretskiye kolbası”, “Myasnaya imperiya”, “SK Teploset” və “Naska” şirkətlərinin sahibi və baş direktoru idi. Ət istehsalı sahəsində uğurlu karyerası ilə əlaqədar Maruqov “Kolbasa kralı” ləqəbini almışdı. Qətlindən bir il öncə isə Moskvanın mərkəzində baş vermiş avtomobil qəzasında V.Maruqovun birinci nikahdan olan oğlu Aleksandr həlak olmuşdu. 

Səbinə Ramiz qızı Qazıyeva ilə Maruqov təsadüfən tanış olmuşdular. Xanım Qazıyeva 2013-cü ildən uğurlu iş adamı kimi tanınmışdı. O, əvvəlcə “Russkiy vinodel”, 2017-ci ildə isə “İnternet-vina”, bir il sonra isə “K-importe” şirkətlərini təsis etmişdi. Bu şirkətlər alkoqollu içkilərin topdan satışı ilə məşğul idilər. 

Qazıyeva ilə Maruqovu işgüzar münasibətlər tanış etmişdi. Sonradan bu münasibətlər romantik sevgiyə çevrilir. Qısa müddətdən sonra cütlük bir yerdə olmaq qərarı verirlər. Maruqovun qətlindən sonra istintaqın əsas versiyası hadisənin soyğunçuluq məqsədiylə törədilməsi olur. İlkin araşdırma zamanı məlum olur ki, qatillə Maruqovun birinci xanmı Tatyananın tanışlığı olub. Amma bu məqamın qətlin sifarişli olmasını sübut etmir. Tatyana dəfələrlə dindirilsə də, sərbəst buraxılır. 

Qətldən bir müddət sonra Maruqovun bağ evinə hücum edən azərbaycanlı Paşa Əhmədov da saxlanılır. Bu dəfə bütün diqqət Səbinənin üzərinə cəmlənir. Amma xanım Qazıyevanın da qətllə heç bir əlaqəsi sübut olunmur. 

6 avqust, 2021-ci il.

Moskva vilayətinin İstra şəhərindəki müvəqqəti təcridxanadan 5 nəfər - Avan Surkanu, Denis Qrozavu, Nikolay Teterya, Aleksandr Butnaru və Aleksandr Mavridi qaçır. Həmin vaxt Rusiya mətbuatı yazrdı: 

“Onlardan ən təhlükəlisi Aleksandr Mavrididirr. Belə ki, o, bir neçə qətldə ittiham olunur. Onun sonuncu qurbanı “Kolbasa impersiyası”nın sahibi kimi tanınan Vladimir Maruqov olub. İki naməlum şəxs rusiyalı biznesmen Vladimir Maruqovun evinə girərək onu qətlə yetirib, milyarderin bir yerdə yaşadığı qadın isə xilas ola bilib”. 

Həmin qadın Səbinə Qazıyeva idi.

Həbsxanadan qaçan 4 nəfər qısa müddətdə saxlanılaraq geri qaytarılır. Amma Mavrodi bir həftədən sonra elə həmin İstra şəhərində ələ keçir. İndi… 
İndi heç, Mavrodinin cinayət dosyesinə həbsdən qaçdığına görə, daha bir maddə də əlavə olunur. 
İndi həm də istintaq davam edəcək.

“Kral”ı kim və niyə sifariş veribmiş?

# 10968
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar