Şarad Arvind Bobde
06 mart 2021 19:58 (UTC +04:00)

Şarad Arvind Bobde

Hakimdən cinayətkara gözlənilməz TƏKLİF: zorladığın qızla evlən

Beş mindən çox adam Hindistan Ali Məhkəməsinin sədri Şarad Arvind Bobdenin vəzifəsindən ayrılmasını tələb edən bir ərizə imzalayıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, kampaniya hakimin bir məktəbli qıza təcavüz edən şəxsin cəzadan yayınmaq üçün onunla evlənməsini təklif etməsindən sonra başlayıb. 

 “Onunla evlənmək istəyirsinizsə, sizə kömək edə bilərik. Əks təqdirdə işinizi itirəcək və həbsxanaya gedəcəksiniz”, - Şarad Arvind Bobde təqsirkara belə deyib.

Dövlət müəssisəsində çalışan bir texnik olan şübhəli, bir şagirdi təqib etmək, bağlamaq və dəfələrlə təcavüz etməkdə günahlandırılır. Bundan əlavə, qızı benzin tökərək yandıracağını və qardaşını öldürəcəyi ilə hədələyib.

Hindistandakı qadın haqları fəalları hakimdən istefa etməsini və dedikləri üçün üzr istəməsini tələb edən açıq bir məktub yazıblar.

Məktubda hakimin əməlinin təcavüzkara evlənmək haqqı qazandırdığı, onu məsuliyyətdən kənarlaşdırdığı və ya bu cür hərəkətlərin leqallaşa biləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4452
avatar

Oxşar yazılar