Gürcüstandan Ukraynanın Saakaşvilini əfv etmək çağırışına  CAVAB
15 iyul 2023 17:02 (UTC +04:00)

Gürcüstandan Ukraynanın Saakaşvilini əfv etmək çağırışına CAVAB

Gürcüstan tərəfi Saakaşvilinin əfv edilməsi barədə Ukrayna Ali Radasının çağırışına cavab verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin fikrincə, Ukrayna Ali Radasının Gürcüstan prezidenti Salome Zurabişviliyə respublikanın keçmiş rəhbəri Mixail Saakaşvilini əfv etmək çağırışı ilə müraciəti Gürcüstan hökumətinin dəyişdirilməsi məqsədinə xidmət edir6

“Rada deputatlarının müraciətinə gəlincə, bu başa düşüləndir, bu prosesin, siyasətin davamıdır. Onların məqsədi çox sadədir. Təbii ki, bu onlara yaraşır. Buna görə də o ölkədə sülh yoxdur...”.

Qaribaşvilinin sözlərinə görə, Ukrayna rəhbərliyinə Gürcüstanda onların ölkədəki maraqlarının dirijoru olan hökumət lazımdır.

“Bizimlə əlaqə saxlamaq və müəyyən məsləhətlər vermək əvəzinə xatırlatmaq istərdim ki, dezinformasiya kampaniyasında iştirak etdiklərinə görə dövlətimizdən və cəmiyyətimizdən üzr istəməlidirlər...” – deyə, Qaribaşvili əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5358
avatar

Oxşar yazılar