Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazidə SİLAHLI İNSİDENT
21 dekabr 2021 00:27 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazidə SİLAHLI İNSİDENT

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Qaratəhlə kəndində silahlı insident baş verib. 

Lent.az APA-ya istinadən xəbər verir ki, naməlum şəxslər avtomobilində olan gəncə atəş açaraq hadisə yerindən qaçıblar. 

Məlumata görə, yaralı Rustavi Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Onun vəziyyətinin ağır olduğu bildirilib. İnsidentin başvermə səbəbi hələlik məlum deyil. 

Hadisə yerinə məhkəmə-tibbi ekspertlər cəlb edilib, faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Oxşar yazılar