2018-ci il Meksika "Gözəllik kraliçası" müsabiqəsinin qalibi olan Laura Mocika Romero adam oğurluğuna görə saxlanılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ittiham üzrə modelin təqsiri təsdiqlənərsə ona 50 il həbs cəzası verilə bilər.
25 yaşlı model insan alveri ilə məşğul olan cinayətkar şəbəkənin üzvü olduğu üçün barəsində həbs-qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Romero 2018-ci ildə qalib olduğu gözəllik yarışmasında, “Qadınlara qarşı şiddətə səssiz qalmamalıyıq. Sosial çarxlar və digər tədbirlərlə kişiləri maarifləndirməliyik” ifadələrini dilə gətirmişdi.