Hadisə Qanadan ABŞ-a uçan təyyarədə qeydə alınıb.
Lent.az-ın xəbərinə görə, təyyarə Atlantik okeanın üzərində olarkən gələn ay doğmalı olan qadının sancısı başlayıb. Yaxında enməyə aeroport olmadığı üçün gəmi komandiri sərnişinlərə kömək üçün müraciət edib. Xoşbəxtlikdən Qananın tanınmış həkimlərindən biri və bir tibb bacısı təyyarədə olub. Qadın dərhal biznes klasdakı oturacağa yerləşdirilib. Həkim bir tibb bacısı və bir stüardessanın yardımı ilə doğuşu qəbul edib. Proses cəmi 40 dəqiqə çəkib. Ağlayan oğlan uşağını sərnişinlər alqışlayıb. Vaxtından qabaq doğulan körpənin heç bir qüsuru aşkar edilməyib.
2 saat sonra Vaşinqtona enən təyyarəni təcili yardım avtomobili gözləyirdi: ana və körpəsini xəstəxanaya yerləşdirmək üçün.