AVRO 2024-ün Belçika-İsveç futbol oyunu öncəsi Brüsseldə atışma olub.
Lent.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Hücumdan əvvəl hadisəni törədən şəxs özünü İŞİD üzvü adlandırıb və bu yolla müsəlmanların qisasını alacağını bildirib.
İlkin məlumata görə, silahlı şəxs "Kalaşnikov" avtomatından atəş açıb.
Ölən iki nəfər İsveç millisinin formasında olublar.
Hücum edən şəxs skuterlə hadisə yerindən qaça bilib və hazırda onun axtarışı aparılır.
Bu dəqiqqələrdə Brüsseldə iki komanda arasında oyun keçirilir. Hesab 1:1-dir.
Xatırladaq ki, bu komandaların olduğu F qrupunda Azərbaycan millisi də çıxış edir.