Fransada polis uşaqlara maçete ilə  hücum edən şəxsi güllələdi
19 sentyabr 2025 05:42 (UTC +04:00)

Fransada polis uşaqlara maçete ilə hücum edən şəxsi güllələdi

0

Fransanın cənub-şərqində polis uşaq bağçasının yaxınlığında uşaqlara hücum edən maçeteli şəxsi zərərsizləşdirib.

Lent.az xəbər verir ki, bu barədə BFMTV telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, asayiş keşikçiləri əvvəlcə elektroşokerdən istifadə ediblər, lakin bu, kömək etmədiyinə görə atəş açmaq məcburiyyətində qalıblar.

Hadisə yerinə gələn xilasedicilər kişini həyata qaytarmağa çalışsalar da, o, aldığı yaralardan dünyasını dəyişib.

Hücum edənin şəxsiyyəti hələ müəyyən edilməyib, araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar