Fransada məcburi koronavirus peyvəndinə qarşı nümayişlər keçirilib
28 avqust 2021 23:11 (UTC +04:00)

Fransada məcburi koronavirus peyvəndinə qarşı nümayişlər keçirilib

Bu gün Fransanın bir sıra şəhərlərində sanitar pasportlara və məcburi koronavirus peyvəndlərinə qarşı etiraz nümayişləri keçirilib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Marseldə təxminən 3 min nəfərin qatıldığı aksiyada polislə nümayişçilər arasında qarşıdurma olub.

13 polis əməkdaşının xəsarət aldığı, 3 etirazçının saxlanıldığı bildirilir.

Paris də daxil olmaqla, digər şəhərlər də isə nümayişlər dinc şəkildə keçirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1347
avatar

Oxşar yazılar