“Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) lideri Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülen saxlanılıb.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) xaricdə saxladığı S. Gülən Türkiyəyə gətirilib. O, silahlı terror təşkilatına üzv olmaqda ittiham olunur.
Onun FETÖ-nun komitə üzvləri və təşkilatın yüksək vəzifəli şəxsləri ilə əlaqəli olduğu bildirilib.