Fransaya sığınan iranlı aktrisa "Facebook"un qurucusunu “Ayətullah Zukerberq” adlandırıb.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, Fransada mühacirət həyatı yaşayan iranlı kino aktrisası Qolşifte Fərahani “Facebook” və "Instagram" sosial media hesablarının sahibi Mark Zukerberqi İranda baş verən kütləvi etirazların "Instagram"da işıqlandırılımasına məhdudiyyətlər qoymasını sərt tənqid edib.
Bu barədə o, öz sosial media hesabında yazıb:
“Ar olsun sizə "Instagram!" Qızı döyərkən sinəsinə toxunan kişi! Bunu görmək nə qədər çətindir? Bax, bunlar baş verən hadisələrdir! Küçələrdə! Həbsxanalarda! Bu qızlardan neçəsi zalımlar tərəfindən sıxışdırılıb, zorlanıb (həbsxanaya salınıb)? İndi də (günün günorta çağı) və küçənin ortasında bu canavarlar tərəfindən”.