“Facebook” şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı blokladığı müsahibənin videosunu bu dəfə tamamilə hesabdan silib.
APA “CNBC” telekanalına istinadən xəbər verir ki, bunu şirkət təmsilçilərindən biri söyləyib.
Xatırladaq ki, söhbət “The Right View” onlayn şousunda sabiq prezidentdən Lara Trampın götürdüyü müsahibədən gedir.