Everesti fəth  edən alpinist saxlanıldı
30 may 2025 14:54 (UTC +04:00)

Everesti fəth edən alpinist saxlanıldı

Everest zirvəsini tez bir zamanda fəth edən amerikalı Endryu Uşakov Nepalda bəyan edilməmiş xarici valyuta ixrac etməyə cəhddə şübhəli bilinərək saxlanılıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hava limanında yoxlama zamanı onun çamadanında 20 min dollar aşkar edilib. Uşakov bildirib ki, bu pulu ABŞ-dan gətirib və onu geri qaytarmaq istəyib.

Nəticədə amerikalı 60 min dollar cərimələnib. O, valyuta qaydalarını pozmaqda ittiham olunub. Cərimə ödənilmədiyi üçün Uşakov hazırda həbsdədir.

Uşakov Everesti dörd gündən az müddətdə fəth edib. Belə ki, amerikalı mayın 15-də saat 00:30-da zirvəyə qalxmağa başlayıb. Onun komandası dağın zirvəsinə mayın 19-da səhər saat 9:22-də çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128

Oxşar yazılar