Keniyada icazəsiz etiraz aksiyalarında 6 nəfər öldürülüb.
Lent.az xəbər verir ki, vergi islahatlarına qarşı icazəsiz aksiyada polis aksiyaçılara qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq edib.
Güc strukturları ilə qarşıdurmada 50-dən çox aksiyaçı xəsarət alıb. Mombasada polisin gözyaşardıcı qaz tətbiq etməsi tədris prosesinə də mane olub. Bir nəktəbdə əlliyədək şagird xəstəxanalara müraciət etməli olub.