Əsəd rejimi onları  inanılmaz işgəncələrlə   öldürüb: Ürək parçalayan FOTOLAR
12 dekabr 2024 19:45 (UTC +04:00)

Əsəd rejimi onları inanılmaz işgəncələrlə öldürüb: Ürək parçalayan FOTOLAR

Suriyada Əsəd rejiminin 61 ildən sonra devrilməsinin ardından Əsədin işgəncə mərkəzi kimi tanınan Sednaya həbsxanasında saxlanılan məhbuslar azadlığa buraxılıb. Digər tərəfdən Əsəd administrasiyasının qətliam mərkəzinə, işgəncə evinə çevrilən və 3 mərtəbəsi yeraltı olan Sednaya həbsxanasından görüntülər qan dondurur. İşgəncə mərkəzindən çıxarılan cəsədlər Dəməşqin cənubundakı Əl Müctəhid xəstəxanasına aparılıb. Onlar xəstəxananın qarşısına toplaşaraq qohumlarının cəsədlərini götürməyi gözləyiblər. Saysız-hesabsız insanlar asılmış meyitlərin fotolarından illərdir xəbər almadıqları qohumlarını tanımağa çalışıblar.

Xəstəxananın xarici divarlarındakı fotoşəkillərdən qohumlarını tanımağa çalışan suriyalılar da xəstəxana meyitxanasına gedərək işgəncə izləri olan meyitlər arasında yaxınlarını axtarıblar.

Fotoşəkillərə baxanlar göz yaşlarına boğularkən, itkin qohumları olan bəzi ailələr cəsədlərin tapıldığı otaqlara gedərək şəxsiyyətlərini müəyyənləşdirməyə çalışıblar.

Dəməşqin Harasta Hərbi Xəstəxanasının meyitxanasında torbalara yığılmış işgəncə izləri olan 40-a yaxın cəsəd yarılma üçün Əl Müctəhid Xəstəxanasına aparılıb.

Rejim tərəfindən saxlanıldıqdan sonra bir daha xəbər almadığı atasını axtarmağa gələn Əbu Abdu deyib: "Mənim atam fotoşəkillərdə yoxdur, mən də meyitlərə baxdım, o da onların arasında deyil. Ümid edirəm ki, sağdır. Əsədin əlində minlərlə suriyalının qanı var".

Suriyanın Hama vilayətindən olan Muhammet Halef açıqlamasında qardaşından 2014-cü ildən bəri xəbər almadığını deyib.

Əsəd rejimi devrildikdən sonra Sednaya həbsxanasına gələn Halef deyib: "Orada iki gün qaldım. Yerin altında fərqli otaqlar olduğunu dedilər. Suriya Mülki Müdafiə qruplarının tapmasını gözlədik, amma heç bir iz yoxdur”. 

O, qardaşını axtarmaq üçün Dəməşqə gəldiyini bildirib. 

Xəstəxananın xarici divarlarındakı fotoşəkillər arasında qardaşını tapa bilməyən Halef deyib: “Divarlarda şəxsiyyəti müəyyən etmək üçün fotoşəkillər var.

Onlardan birinin gözünü çıxarıb, bir neçəsinə işgəncə veriblər. Fotolara baxmaq mümkün deyil. “Kaş ki, ölsəydilər və bu işgəncəyə məruz qalmasaydılar”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690
avatar

Oxşar yazılar