Ermənistandakı Rusiya hərbi bazasında YANĞIN  
12 iyul 2022 19:17 (UTC +04:00)

Ermənistandakı Rusiya hərbi bazasında YANĞIN  

0

Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya hərbi bazasının ərazisində yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin yanğınsöndürmə və xilasetmə briqadası hadisə yerinə cəlb edilib. 

Otluq sahədə yaranan alov tikinti materialları anbarına keçib. 

Ümumi sahəsi 500 m2 olan tikinti materialları anbarının dam örtüyü yanıb.

Bildirilib ki, əraziyə daha iki yanğınsöndürmə briqadası göndərilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2671

Oxşar yazılar