Türkiyənin mütəşəkkil cinayət aləminin lideri Ələddin Çakıcı Boğaziçi Universitetinə yeni təyin olunan Ağ partiyalı rektor Melih Buluya dəstək məktub yazıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib. Onun etdiyi paylaşımda, “Hörmətlə rektora bunu xatırlatmaq istəyirəm ki, qətiyyən istefa verməsin. İstefa etsəniz bu terrorçuların yolunu açarsınız” kimi ifadələr yer alıb.